İlon Mask ətir biznesinə başlayıb.
Bizim.Media xəbər verir ki, milyarder bu barədə şəxsi “Twitter” hesabında məlumat verib.
Mask bildirib ki, bundan sonra "Burnt Hair" (yanmış saç) adlı ətir istehsal edəcək. Özünün dediyinə görə, artıq bu ətirdən 20 min sifariş qəbul edib.
Bir neçə saat ərzində isə 10,000 şüşə ətir sataraq bir milyon dollar qazanıb. Məlumata görə, Maska məxsus “Boring Company” tərəfindən istehsal olunan ətirin qiyməti 100 dollardır.
"Mənim ətir biznesinə başlamağım qaçılmaz idi", - deyə Mask qeyd edib.
Qeyd edək ki, Mask “Twitter” hesabındakı biosunda özünü parfüm satıcısı adlandırıb.
Bizim.Media
The finest fragrance on Earth!//t.co/ohjWxNX5ZC pic.twitter.com/0J1lmREOBS
— Elon Musk (@elonmusk) October 11, 2022