Lukaşenko:

Lukaşenko: "Asiya dünyanın liderlik funksiyasını cəsarətlə üzərinə götürməlidir" - VİDEO

Hazırda oxunan: Lukaşenko: "Asiya dünyanın liderlik funksiyasını cəsarətlə üzərinə götürməlidir" - VİDEO

99079

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) Zirvə Toplantısı çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Belarusun belta.by saytında yerləşdirilib.

Lukaşenko bildirib ki, Asiya dünyanın indiki vəziyyətində mövcud olan anı qaçırmamalı və liderlik funksiyalarını daha cəsarətlə üzərinə götürməlidir.

Onun sözlərinə görə, Asiyada, Şərqdə insanlar çox səliqəli, diqqətlidirlər:

“Qazaxıstanın təşəbbüsü ilə yaradılan CICA təşkilatını siz indi inkişaf etdirməyə, onu qlobal bir təşkilata çevirməyə başlamısınız. Ona görə də cəsarətlə qərar qəbul edin və təşkilatın cilovunu əlinizdə saxlayın”.
Kasım-Jomart Tokayev Aleksandr Lukaşenkonu Astanada görməkdən şad olduğunu vurğulayıb və sammitin işinə verdiyi töhfəyə görə ona təşəkkür edib.

Qazaxıstan Prezidenti bəyan edib ki, Asiya öz inkişafında çox yaxşı nəticələr göstərir və bu, təbii ki, iqtisadiyyat baxımından böyük gələcəyi olan regiondur. "Əlbəttə, Çin Asiyada lokomotivdir. Amma başqa dövlətlər də var", - o deyib.

Qasım-Jomart Tokayev sammitdə təmsil olunan Vyetnamı da xüsusi qeyd edib. Və vurğulayıb ki, böyük iqtisadiyyatı olan bir ölkədir.

Aleksandr Lukaşenko bu tezislə razılaşıb, eyni zamanda Qazaxıstanın Asiyada mühüm rolunu qeyd edib:

“Siz dediniz ki, bu təşkilatda çox ciddi böyük dövlətlər var. Amma mən düşünmürəm ki, Qazaxıstan kiçik dövlətdir və bu gün də Asiya təşkilatlarının dünyada hökmranlıq etməsinə töhfə verə bilərsiniz. Bunun üçün çox şey etmisiniz”.
Belarusla ikitərəfli münasibətlərə gəlincə, Qasım-Jomart Tokayev əmin edib ki, səmərəli və çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etməsi üçün əlindən gələni edəcək.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO