BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul etdi

BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul etdi

Hazırda oxunan: BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul etdi

99068

BMT Baş Assambleyası Rusiyanın qanunsuz “referendumlar”ını və Ukraynanın bir sıra işğal olunmuş ərazilərinin ilhaqını pisləyən qətnamənin mətnini dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “korrespondent.net” saytında yer alıb.

Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq edir.
“Baş Assambleya Rusiya Federasiyası tərəfindən Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki regionlarda qeyri-qanuni qondarma “referendum”ların təşkilini və yuxarıda qeyd olunanlardan sonra Ukraynanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin qanunsuz ilhaqına cəhdi pisləyir”, - sənəddə deyilir.

Qətnamə bütün dövlətləri, beynəlxalq təşkilatları və BMT-ni Rusiya Federasiyasının Donetsk, Xerson, Luqansk və ya Zaporojye vilayətlərinin statusunun dəyişdirilməsini tanımamağa çağırır.

Həmçinin, Baş Assambleya Rusiya Federasiyasından Ukraynanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin bəzi vilayətlərinin statusu ilə bağlı 21 fevral və 29 sentyabr 2022-ci il tarixli qərarlarını dərhal və qeyd-şərtsiz ləğv etməyi tələb edir, çünki bu, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsipləri ilə bir araya sığmır.

Həmçinin Rusiyanın bütün silahlı qüvvələri beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarsın.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnaməsini 193 iştirakçıdan 143-ü dəstəkləyib, 35 ölkə bitərəf qalıb, beşi isə əleyhinə səs verib: Rusiya, Nikaraqua, Suriya, Şimali Koreya, Belarus.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO