Səfərbərlikdən sonra ruslar hansı ölkələrə üz tutub? – ARAŞDIRMA

Səfərbərlikdən sonra ruslar hansı ölkələrə üz tutub? – ARAŞDIRMA

Hazırda oxunan: Səfərbərlikdən sonra ruslar hansı ölkələrə üz tutub? – ARAŞDIRMA

98801

Sentyabrın 21-dən etibarən Qazaxıstan, Gürcüstan, Ermənistan və digər ölkələrdə Rusiya vətəndaşlarının mühacirət dalğası nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda, bu ölkələrdə vakansiyaların sayı faktiki olaraq dəyişməz qalıb. Ekspertlər deyirlər ki, tələb və təklif balanssızlığı səbəbindən yaxın bir neçə ay ərzində əsasən Rusiya şirkətlərində uzaqdan işləyə bilən mühacirlər iş tapmaq imkanı əldə edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri forbes.ru saytı yayıb.

Mənbə yazır ki, qismən səfərbərlik elan edildikdən sonra qonşu ölkələrdə, o cümlədən Türkiyə və Azərbaycanda rusların aktiv CV-lərinin sayı kəskin artıb. Bu barədə statistika HeadHunter işə götürmə platformasının Forbes üçün apardığı araşdırmasında yer alıb.

Ekspertlər dünya üzrə fəaliyyət göstərən hh.ru saytında, eləcə də Qazaxıstanın hh.kz nəşrində tələb və təkliflə bağlı məlumatları təhlil ediblər. Bu saytlarda müraciət edənlərin vətəndaşlıq qrafasını doldurması məcburidir.

Tədqiqata əsasən, Rusiya vətəndaşlığı ilə qeyd olunan aktiv rezyumelərdə ay ərzində ən böyük artım (65%) Qazaxıstanda baş verib. Bu ölkədə rusiyalı müraciət edənlərin sayı 23 444-dən (5 sentyabr) 38 744-ə (5 oktyabr) yüksəlib. 
Gürcüstanda (48%), Özbəkistanda (47%), Qırğızıstanda (43%), Ermənistanda (35%), Azərbaycanda (30%) və Türkiyədə (27%) Rusiya vətəndaşlarının CV-lərinin sayı əhəmiyyətli dərəcədə artıb. 

hh.ru-nun əmək bazarının baş eksperti və platformanın müştəri effektivliyinin rəhbəri Natalia Danina deyir ki, bu tendensiya mütəxəssislərin Rusiyadan kütləvi şəkildə getməsi ilə bağlıdır.

Rusların CV-lərində ən çox artım "Kənd təsərrüfatı", "İnformasiya texnologiyaları", "Strategiya, İnvestisiya, Konsaltinq", "Fitness, Gözəllik Salonları" kimi kateqoriyalarda baş verib.

HeadHunter-in məlumatına görə, oktyabrın 5-nə Gürcüstanda Rusiya vətəndaşlığı ilə müraciət edənlərin platformada payı 64,5% təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 30,5%, bir ay əvvəlki ilə müqayisədə isə 7% çoxdur. 

Ermənistanda bu göstərici əvvəlki ayla müqayisədə 4,7%, keçən illə müqayisədə isə 22,7% artıb. Türkiyədə 2022-ci ilin oktyabr ayında bu cür CV-lərin payı da artıb: sentyabr ayı ilə müqayisədə 3,2%, 2021-ci ilin oktyabr ayından isə 15,2% çoxalıb.
Qonşu ölkələrin əmək bazarlarında təklifin artması digər işə götürmə xidmətləri tərəfindən də müşahidə olunub. SuperJob portalının təsisçisi Aleksey Zaxarova iddia edir ki, qonşu ölkələrdə ruslardan gələn CV-lərin sayı nisbi olaraq artsa da, mütləq mənada artım “o qədər də böyük deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO