Krım körpüsündəki partlayışın təşkilatçıları bəlli oldu - Aralarında erməni də var - VİDEO

Krım körpüsündəki partlayışın təşkilatçıları bəlli oldu - Aralarında erməni də var - VİDEO

Hazırda oxunan: Krım körpüsündəki partlayışın təşkilatçıları bəlli oldu - Aralarında erməni də var - VİDEO

98795

“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Vladimir Vasilyeviç Zlob və şəxsiyyəti müəyyən edilmiş daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükü alan şəxsin Krım Respublikasında mövcud olmayan şirkət olması barədə sənədlər hazırlanıb. 
Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Federal Təhlükəsizlik Xidməti həmçinin körpüdə partlayan yük maşınının yoxlanışının əməliyyat görüntülərini də paylaşıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO