Oktyabrın 11-də daha bir əsir mübadiləsi həyata keçirilib. Nəticədə Ukraynanın 32 müdafiəçisi azad edilib, israilli Dmitri Fialkanın cəsədi isə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin zabit, çavuş və əsgərləri də var. Bu insanların çoxu itkin düşmüş hesab edilirdi.
Ölən israilli Dmitri Fialka son iki ildə Ukraynada yaşayıb, "Dinamo" (Lvov) klubunda uşaq futbolu məşqçisi işləyib. O, Ukrayna uğrunda döyüşüb, burada bir qızla tanış olaraq ailə qurub, uşaqları var. Sonradan könüllü cəbhəyə gedib.
Böyük qardaşı ilə birlikdə xidmət edən sıravi əsgər də azad edilib. Qardaşı gözləri önündə ölüb, kiçik qardaşı isə elə həmin gün əsir düşüb. Böyük qardaşın həyat yoldaşı və iki qızı qalıb.
Bütün döyüşçülər hazırda tibbi müayinədən keçirlər və tezliklə yaxınları ilə görüşəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:26 / 12.10.2022
Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirdi – FOTO
Hazırda oxunan: Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirdi – FOTO
Hazırda oxunan: Ukrayna və Rusiya əsir mübadiləsi həyata keçirdi – FOTO
98782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.