III Karlın tacqoyma mərasiminin vaxtı DƏYİŞDİ  

III Karlın tacqoyma mərasiminin vaxtı DƏYİŞDİ  

Hazırda oxunan: III Karlın tacqoyma mərasiminin vaxtı DƏYİŞDİ  

98769

Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasiminin təntənəli mərasimi 6 may 2023-cü ildə baş tutacaq və Vestminster abbatlığında keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Bukinqem sarayının mətbuat xidmətinin rəsmi “Twitter” hesabında məlumat verilib. 

Məlumata görə, tacqoyma mərasimini İngiltərə kilsəsinin ruhani rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi keçirəcək. 

“Mərasim zamanı Əlahəzrət Kraliça Kamilla ilə birlikdə tac taxacaqlar. Tacqoyma həm monarxiyanın bu gün oynadığı rolu, həm də gələcəyə baxışını əks etdirəcək, lakin çoxdankı mərasim ənənələrinə əsaslanacaq”, - deyə mətbuat xidməti əlavə edib. 

Qeyd edək ki, daha öncə Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminin gələn il iyunun 3-də keçiriləcəyi bildirilmişdi. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO