Rusiyalı hakim Krım körpüsündəki partlayışda ölüb

Rusiyalı hakim Krım körpüsündəki partlayışda ölüb

Hazırda oxunan: Rusiyalı hakim Krım körpüsündəki partlayışda ölüb

98714

Oktyabrın 8-i Krım körpüsündə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bizim.Media "Gazeta.ru”ya istinadən xəbər verir ki, sözügedən şəxslərdən biri Moskva Arbitraj Məhkəməsinin hakimi Sergey Maslovdur.

Məlumata görə, Maslovun idarə etdiyi “Cadillac Escalade” avtomobili körpüdə partlayan yük avtomobilinin yanı ilə hərəkət edirmiş. Bildirilir ki, Maslov ilə yanaşı avtomobildə daha 3 nəfər olub. Onlardan ikisi evli cütlük, biri isə din xadimi olub.
Maslovun cəsədini DNA testi vasitəsilə təyin etmək mümkün olub. Bununla belə, Arbitraj Məhkəməsi məsələ ilə bağlı hələ ki açıqlama verməyib.

Xatırladaq ki, partlayış nəticəsində 3 nəfərin həlak olduğu, 3 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO