Rus ordusu yenidən Zaporojyeyə raket atdı

Rus ordusu yenidən Zaporojyeyə raket atdı

Hazırda oxunan: Rus ordusu yenidən Zaporojyeyə raket atdı

98562

Rus ordusu Zaporojyeyə yenidən raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Telegram-da yazıb.

"Ruslar rayon mərkəzinə raket zərbələri endirib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Sığınacaqlarda qalın!", - Starux qeyd edib.
Bölgədə hava hücumu hələ də davam edir.

Xatırladaq ki, ruslar son vaxtlar şəhəri atəşə tutmağı gücləndiriblər. Sentyabrın sonunda onlar Zaporojyedən çıxışda mülki şəxslərin humanitar karvanına raket zərbəsi endirib, 30 nəfər həlak olub, 88 nəfər yaralanıb.

UNİAN-ın verdiyi məlumata görə, oktyabrın 10-da Zaporojyeyə raket hücumu nəticəsində hündürmərtəbəli bina dağılıb.

Oktyabrın 9-na keçən gecə işğalçılar Zaporojyenin yaşayış məntəqələrinə S-300 və X-22 raketləri ilə hücuma keçiblər. 14 nəfərin öldüyü və 89 nəfərin yaralandığı məlumdur, onlardan 11-i uşaqdır.
Oktyabrın 6-da rus işğalçıları şəhərin yaşayış məntəqələrinə raket zərbələri endirib. Hücum nəticəsində bir neçə hündürmərtəbəli bina dağılıb, insanlar dağıntılar altında qalıb. Zərbə nəticəsində 17 nəfər həlak olub, 21 nəfər xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO