Berlin küçələrində Azərbaycan bayrağına bürünmüş avtomobillər GÖRÜNÜB - FOTO 

Berlin küçələrində Azərbaycan bayrağına bürünmüş avtomobillər GÖRÜNÜB - FOTO 

Hazırda oxunan: Berlin küçələrində Azərbaycan bayrağına bürünmüş avtomobillər GÖRÜNÜB - FOTO 

98503

Almaniyanın paytaxtı Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtomobil yürüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzi küçələrində baş tutan və maarifləndirici xarakter daşıyan aksiya zamanı Azərbaycan bayraqlarına bürünən avtomobillərin üzərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan müharibə əleyhinədir!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistanın hərbi cinayətlərinə son qoyulsun!” və s. şüarların yazıldığı plakatlar nümayiş etdirilib. 

Məqsəd indiyədək Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa cəhdlər göstərməsinə, rəsmi İrəvanın itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən boyun qaçırdığına etiraz səsini ucaltmaq olub. 
Həmçinin bildirilib ki,aksiyada məqsəd Ermənistanın ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən Edillidə tapılmış kütləvi məzarlıqlara, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə etiraz etmək olub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO