“Putinin məqsədi bizi diz çökdürməkdir” - Aleksey Arestoviç – VİDEO  

“Putinin məqsədi bizi diz çökdürməkdir” - Aleksey Arestoviç – VİDEO  

Hazırda oxunan: “Putinin məqsədi bizi diz çökdürməkdir” - Aleksey Arestoviç – VİDEO  

98417

“Rusiya diktatoru Putinin əsas məqsədi bizi diz çökdürməkdir”.  

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç Rusiya ordusunun Ukrayna şəhərlərini bombalamasını şərh edərkən deyib.  

"Putin gözlənildiyi kimi, Krım körpüsünün partladılmasına görə kiçik intiqam alır. Baxmayaraq ki, körpünün kimin partlatdığı hələ məlum deyil. Sanki onlar özləri deyilmiş kimi. Buna baxmayaraq, onlar enerji strukturuna strateji bombardmançı təyyarələrdən qanadlı raketlər atırlar.  

Onun əsas məqsədi bizi diz çökdürməkdir. 24 fevral kimi qorxulu olmayacaq. Biz bilirik ki, müharibə qələbə ilə bitəcək. Putin yanlış tərəfi seçib” – deyə Arestoviç qeyd edib.  

Siyasətçinin fikrincə, Rusiya bunu Kiyevi əlverişli şərtlərlə danışıqlara razılaşmağa məcbur etmək üçün edir: 

“Bütün bunlar onun nöqteyi-nəzərindən, daha sərfəli danışıqlar şəraiti yaratmaq üçündür. Mülki əhalinin iztirabları hökumətimizi və beynəlxalq ictimaiyyəti, onun fikrincə, güzəştə getməyə məcbur edəcək”.  

Siyasətçi qeyd edib ki, Rusiya öz məqsədinə çatmayacaq, lakin buna görə məsuliyyət daşıyacaq. Qərbin Ukrayna terroruna reaksiyası mütləq olacaq:  

"Amma mənə elə gəlir ki, hər şey əksinə olacaq. Biz Qərbin reaksiyasını bilmirik, amma buna zəmanət verilir. Bəs bu nə olacaq? Silahların çeşidinin və təchizatının genişləndirilməsi, sanksiyaların artırılması. Çox güman ki, bu cür hərəkətlər dünyanı Putin rejiminə münasibətinə yenidən baxmağa məcbur edəcək. Həm onunla danışıqlar aparmağa çalışanlara, həm də Ukraynaya yardıma”.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO