Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Hazırda oxunan: Bu gün AŞPA-nın payız sessiyası başlayır

98391

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır. 

Bizim.Media xəbər verir ki, sessiya zamanı Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyasında videokonfrans vasitəsilə çıxış edəcək.

Həmçinin, İrlandiya Prezidenti Maykl D.Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnasio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları olacaq. 

Qərbi Balkan üçün Avropa perspektivi, islamafobiya və ya anti-müsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında "Brexit"in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir. 

Payız sessiyasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak edəcəklər. 

Qeyd edək ki, sessiya oktyabrın 14-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO