Kliçkodan Kiyevin mərkəzinə endirilən raket zərbələri ilə bağlı AÇIQLAMA

Kliçkodan Kiyevin mərkəzinə endirilən raket zərbələri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Kliçkodan Kiyevin mərkəzinə endirilən raket zərbələri ilə bağlı AÇIQLAMA

98345

Bu gün, oktyabrın 10-da səhər saatlarında Kiyevdə güclü partlayış olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri hadisə şahidlərinə istinadən yayıb.

Paytaxt sakinlərinin sözlərinə görə, Kiyevdə üç partlayış baş verib. Hadisə şahidləri “raketlərin uçuşu” barədə xəbər veriblər və ərazilərdən birində güclü tüstünün olduğu videonu dərc ediblər.

Hadisə yerindən ilk fotolar artıq sosial şəbəkələrdə yer alıb.

Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.
“Bütün xidmətlər hadisə yerindədir. Təfərrüatlar sonra”, deyə o, Telegram-da bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO