Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Mişel şəxsi “Twitter” hesabında məlumat verib.
Ş.Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacağam”, - deyə o qeyd edib.
Ş.Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:22 / 08.10.2022
Şarl Mişel Mərkəzi Asiya ölkələrinə SƏFƏR EDƏCƏK – FOTO
Hazırda oxunan: Şarl Mişel Mərkəzi Asiya ölkələrinə SƏFƏR EDƏCƏK – FOTO
Hazırda oxunan: Şarl Mişel Mərkəzi Asiya ölkələrinə SƏFƏR EDƏCƏK – FOTO
98169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.