Təcavüzdə ittiham olunan tanınmış rejissor barədə yeni qərar - FOTO

Təcavüzdə ittiham olunan tanınmış rejissor barədə yeni qərar - FOTO

Hazırda oxunan: Təcavüzdə ittiham olunan tanınmış rejissor barədə yeni qərar - FOTO

9803

Fransa məhkəməsi dünyaca məşhur rejissor Lük Bessona qarşı təcavüz ittihamı irəli sürülməməsi barədə qərar verib. O, “köməkçi şahid” statusu alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Deadline” portalı məşhurun vəkilinə istinadla xəbər yayıb.

Məlumata görə, Parisdə qapalı formada keçirilən məhkəmə iclası beş saat davam edib. Məhkəmədən sonra Besson “köməkçi şahid” (Fransa cinayət prosesində bu, şahid və təqsirləndirilən şəxs arasındakı ara statusdur) elan edilib.

“Cənab Besson səlahiyyətlilərlə tam əməkdaşlığını sürdürür, ittihamları qəbul etmir və şöhrətinin yenidən qayıdacağına ümid edir”, - deyə vəkil Maykl Kamp vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa Sand Van Roy 2018-ci ilin may ayında məhkəməyə müraciət edərək rejissoru təcavüzdə təqsirləndirilib. 27 yaşlı qadının sözlərinə görə, hadisə Parisdəki Bristol otelində baş verib. Prokurorluq doqquz ay davam edən istintaqdan sonra aktrisanın iddiasını rədd edib. Cinayət polisinə həvalə olunan istintaq rejissora qarşı ittihamları təsdiqləyə bilməyib.

Ötən ilin oktyabr ayında Fransa istintaqı, “prokurorluğun müqavimətinə baxmayaraq” Bessona qarşı təcavüz iddiasını yenidən başladıb.

Qeyd edək ki, Besson melodramdan tutmuş fantastik filmlərə qədər bütün janrlarda işləyib. O, “Tunel”, “Leon”, “Nikita”, “Janna Dark”, “Beşinci element”, “Mələk A”, “Taksi”, “Mavi ənginlik”, “Lyusi” və s. filmlərindəki işləri ilə tanınır. (oxu)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO