Putin nəvələrinin ad günü hədiyyələrindən danışdı: “Ən çox onlardan gözləyirəm” – VİDEO

Putin nəvələrinin ad günü hədiyyələrindən danışdı: “Ən çox onlardan gözləyirəm” – VİDEO

Hazırda oxunan: Putin nəvələrinin ad günü hədiyyələrindən danışdı: “Ən çox onlardan gözləyirəm” – VİDEO

98026

Rusiya prezidenti Vladimir Putin deyib ki, ad günündə o, ən çox qohumlarından və dostlarından, eləcə də nəvələrindən təbrik zəngləri gözləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalında jurnalist Pavel Zarubin yazıb.

"Qohumlarımdan, övladlarımdan, nəvələrimdən təbriklər gözləyirəm. Bilirəm ki, ad günümü birlikdə qeyd etməsələr, mütləq zəng edəcəklər”, - Putin bildirib.

Dövlət başçısı onu da qeyd edib ki, onun doğum günü milli bayram deyil və bu baxımdan əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur. 

Onun fikrincə, bu günü ailə və dostlar dairəsində keçirmək daha yaxşıdır.

Life.ru-nun yazdığı kimi, Vladimir Putini Çeçenistanın rəhbəri Ramzan Kadırov təbrik edib və qeyd edib ki, siyasətçi ölkəni dərin iqtisadi və siyasi böhran içində olanda idarə edib, lakin ən qısa zamanda əsas problemləri həll edib, Rusiyanı ən güclü dünya dövlətinə çevrib.
KXDR rəhbəri Kim Çen In da Putinə təbriklərini çatdırıb və “güclü Rusiyanın qurulmasında” prezidentin xidmətlərini xüsusi vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO