ABŞ-ın vitse-prezidenti qəzaya düşüb

ABŞ-ın vitse-prezidenti qəzaya düşüb

Hazırda oxunan: ABŞ-ın vitse-prezidenti qəzaya düşüb

97769

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin korteji Vaşinqtonda qəzaya düşüb. 

Bizim.Media "Skynews"a istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də baş verib.  

Olay barədə təfərrüatlar isə indi açıqlanır. 

Harris və məxfi xidmət agentinin olduğu avtomobil şəhərdə hərəkət edərkən yol kənarındakı maneəyə çırpılıb. İlk məlumatlarda bildirilir ki, avtomobilin təkərinin dəyişdirilməsinə ehtiyac yaranıb. Bu səbəbdən də kortej dayanıb.

Kamala Harris başqa maşına əyləşib. Vitse-prezident Ağ Evə təhlükəsiz çatdırılıb.

Qəza nəticəsində Harris xəsarət almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO