Türkiyənin Diyarbəkir şəhərinə bağlı Bismil səmtində fövqəladə vəziyyət elan edilib.
Axar.az xəbər verir ki, Şırnakda terrorçularla baş verən toqquşmalar zamanı öldürülən PKK-çının bismilli olması səbəbindən belə bir addım atılıb.
Bismilin 4 məhəlləsində küçəyə çıxma qadağası tətbiq edilib. Hansı müddətə qadağanın tətbiq edildiyi barədə məlumat verilməyib.






























































































