Bolqarıstanda yeni kökumət QURULACAQ - Seçkilərdə koalisiya qüvvələri qalib gəlib 

Bolqarıstanda yeni kökumət QURULACAQ - Seçkilərdə koalisiya qüvvələri qalib gəlib 

Hazırda oxunan: Bolqarıstanda yeni kökumət QURULACAQ - Seçkilərdə koalisiya qüvvələri qalib gəlib 

97643

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində Demokratik Qüvvələr İttifaqı (DQİ) ilə koalisiyada olan “Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları” Partiyası (BAİUVP) qalib gəlib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Kameliya Neykova bildirib. 

Onun sözlərinə görə, seçicilərin 25,33 %-nin səsini qazanan blok 67 deputat mandatı əldə edəcək. Seçicilərin 20,2 %-i (506 099 nəfər - 53 mandat) “Dəyişikliklərə davam edirik” koalisiyasına, 13,76 %-i (344 512 - 36) Hüquq və Azadlıq Hərəkatına (HHH) və digər siyasi qüvvələrə səs verib. 

Bolqarıstanın 48-ci Milli Məclisinin deputatlarının növbədənkənar seçkilərində seçicilərin 39,41 faizi, ümumilikdə 2 milyon 501 min 963 nəfər iştirak edib. 

Hazırda parlament çoxluğu ilə yeni hökumət qurmaq cəhdi ilə seçkilərdə qalib gələn siyasi birliklər arasında məsləhətləşmələr başlayıb. Seçkilərin qalibi olan blok artıq geniş Avro-Atlantik koalisiyanın yaradılmasını təklif edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO