Kralı Səlman 3 nəfəri işdən qovdu -  Faciə ilə bağlı...

Kralı Səlman 3 nəfəri işdən qovdu - Faciə ilə bağlı...

Hazırda oxunan: Kralı Səlman 3 nəfəri işdən qovdu - Faciə ilə bağlı...

97620
Səudiyyə Ərəbistanının Kralı Səlman bin Əbdüləziz bu il Həcc mərasimi zamanı baş vermiş faciə ilə əlaqədar bir neçə şəxsi vəzifəsindən azad edib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Kral Həcc işləri üzrə nazir Bender bin Məhəmməd əl-Hacar, Məkkənin bələdiyyə başqanı Usamə Fadl Əl Barr və şəhərin polis rəisini vəzifəsindən azad edib.

Qeyd edək ki, bu il sentyabrın 24-də Həcc ziyarətinə getmiş zəvvarların Mina dağında “şeytan daşlama”x9d mərasimi zamanı yaranmış izdihamda 769 nəfər ölüb, minə qədər insan xəsarət alıb.

Hadisə ilə bağlı Kralı Selman bin Əbdüləzizin göstərişi ilə araşdırma başladılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO