İranda zəlzələdə xəsarət alanların sayı 600-ə çatdı – YENİLƏNİB  

İranda zəlzələdə xəsarət alanların sayı 600-ə çatdı – YENİLƏNİB  

Hazırda oxunan: İranda zəlzələdə xəsarət alanların sayı 600-ə çatdı – YENİLƏNİB  

97449

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində indiyədək 582 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib.

*** 12.34

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə xəsarət alanların sayı 530 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, xəsarət alanların sayı getdikcə artır.

*** 10.08

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var. 

Bizim.Merdia xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

*** 09.13

Oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvandan 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. 

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO