Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Hazırda oxunan: Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

97321

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatın laureatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu il bu mükafatı fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger əldə edib.

Onlar qarışıq fotonlarla keçirilən eksperimentlər və kvant informatikası sahəsində nailiyyətlərə görə Nobel mükafatına layiq görülüb.

Xatırladaq ki, ötən gün isveçli genetik tibb və fiziologiya üzrə mükafatı qazanmışdı.

Qeyd edək ki, bu həftə ərzində oktyabrın 5-də kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO