Ukrayna ordusu şimal-şərqdə Kremennaya, Svatovo istiqamətlərində və Xerson bölgəsində nəzarət zonasını genişləndirir.
Bizim.Media xəbər verir ki, bu fikirlər ABŞ-ın Müharibəni Araşdırma İnstitutunun (ISW) gündəlik xülasə-təhlilində yer alıb.
Amerikalı analitiklər vurğulayırlar ki, bu bölgələrdə ukraynalılara əvvəllər Rusiya ordusunda ən yaxşı hesab edilən bölmələr müqavimət göstərir. Söhbət 144-cü qvardiyadan gedir.
İnstitut Rusiya Baş Qərargahının, Rusiya hərbi blogerlərinin hesabatlarına, Ukrayna mənbələrinin məlumatlarına, şəkillərin və videoların geolokasiyasının nəticələrinə və digər məlumatlara əsaslanaraq yazır ki, ukraynalılar Kupyansk, Borovaya və Limandan şərqə doğru nəzarət zonalarını genişləndiriblər və Kremennaya və Svatovo şəhərlərinə yaxınlaşıblar.
ISW analitikləri də ukraynalıların Xerson vilayətinin şimalında irəliləyişlə bağlı məlumatı təsdiqləyiblər:
"Ukraynalıların Xerson vilayətindəki uğurları onsuz da qeyri-sabit olan Rusiyanın informasiya məkanına zərbə vurur.
İşğalçı administrasiyalarının rəsmiləri getdikcə daha çox NATO kəşfiyyatını Xerson vilayətində Rusiya müdafiəsinin zəif tərəflərini üzə çıxarmaqda günahlandırır və Rusiya qüvvələrini küçə döyüşlərinə hazır olmağa və yeni müdafiə xətləri yaratmağa çağırır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:29 / 04.10.2022
Ukrayna ordusu Xersonda nəzarət zonasını genişləndirir
Hazırda oxunan: Ukrayna ordusu Xersonda nəzarət zonasını genişləndirir
Hazırda oxunan: Ukrayna ordusu Xersonda nəzarət zonasını genişləndirir
97260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.