Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün “plan” təklif edən İlon Maska cavab verib.
Bizim.Media xəbər verir ki, Podolyak bu barədə şəxsi “twitter”hesabında paylaşım edib.
“İlon Mask, məncə daha yaxşı təklifim var:
1. Ukrayna öz ərazilərini, o cümlədən işğal edilmiş Krımı azad edir.
2. Rusiya artıq başqalarını təhdid etməmək üçün demilitarizasiya və məcburi nüvəsizləşdirmədən keçir.
3. Hərbi cinayətkarlar beynəlxalq tribunala cəlb edilirlər”, - deyə Podolyak bildirib.
Bizim.Media
.@elonmusk there is a better peace plan.
— Михайло Подоляк (@Podolyak_M) October 3, 2022
1. ?? liberates its territories. Including the annexed Crimea.
2. ?? undergoes demilitarization and mandatory denuclearization so it can no longer threaten others.
3. War criminals go through international tribunal.
Let’s vote?