TESLA-nın qurucusu İlon Mask “Ukrayna-Rusiya sülhü”nün dörd məqamını sadalayaraq səsvermə keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə İlon Mask özünün “Twitter” hesabında paylaşım edib.
“Ukrayna-Rusiya arasında sülhü bərpa etmək üçün 4 əsas məqama diqqət etmək lazımdır: BMT-nin nəzarəti altında ilhaq edilmiş bölgələrdə təkrar səsverməni təmin etmək; Krımın 1783-cü ildən bəri olduğu kimi Rusiyanın formal hissəsi kimi saxlanılmasını təmin etmək;
Krımın su təchizatına təminat verilməsi;
Ukraynanın bu məsələlərdə neytral mövqeyi”-deyə Mask qeyd edərək istifadəçiləri layihəyə münasibət bildirməyə dəvət edib.
Bizim.Media
Ukraine-Russia Peace:
— Elon Musk (@elonmusk) October 3, 2022
- Redo elections of annexed regions under UN supervision. Russia leaves if that is will of the people.
- Crimea formally part of Russia, as it has been since 1783 (until Khrushchev’s mistake).
- Water supply to Crimea assured.
- Ukraine remains neutral.