Duma Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsi ilə bağlı qanunu ratifikasiya etdi

Duma Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsi ilə bağlı qanunu ratifikasiya etdi

Hazırda oxunan: Duma Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsi ilə bağlı qanunu ratifikasiya etdi

97136

Rusiya Dövlət Dumasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunan qanun layihəsinə baxılıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Dumanın bu gün keçirilən iclasında Rusiya xarici işlər naziri, Rusiya prezidentinin məlum qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib. 
 
O, deputatları məlum qanun layihəsini ratifikasiya etməyə çağırıb. 

Daha sonra Dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikov və parlamentin spikeri Vyaçeslav Volodin çıxış ediblər. 

Sonda qanun layihəsi səsə qoyulub. İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin RF-yə birləşdirilməsininəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək sənədi ratifikasiya edib. 
Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd separatçı regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO