İsrail Əbu-Dabidə səfirliyini açdı

İsrail Əbu-Dabidə səfirliyini açdı

Hazırda oxunan: İsrail Əbu-Dabidə səfirliyini açdı

9711

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında İsrail səfirliyi açılıb.

Bizim.Media “kazinform”a istinadla xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi ölkələr arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Məlumata görə,Ölkənin  BƏƏ-dəki  müvəqqəti işlər vəkili statusunu isə Eytan Nae daşıyacaq. Səfirliyin açılışı da yanvarın 24-də məhz  Naenin Əbu-Dabiyə gəlişi zamanı realllaşdırılıb. Nae İsrailin Türkiyədəki keçmiş səfiri olub.

İsrail diplomatik nümayəndəliyinin daimi yerləşdirilməsi üçün uyğun məkan seçilənə qədər səfirlik müvəqqəti olaraq kirayə binada yerləşəcək.

İsrail XİN-in məlumatında o da qeyd edilib ki, BƏƏ rəhbərliyi Tel-Əvivdə səfirliyin açılmasına icazə verib.

Xatırladaq ki, diplomatik əlaqələr ötən il ölkələr arasında münasibətlərin tam normallaşdırılmasına dair əldə olunmuş razılaşmaların nəticəsi olaraq qurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO