Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Hazırda oxunan: Rusiya səfiri Polşa XİN-ə çağırıldı

97054

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Diplomata Donetks, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı etiraz bildirilib. 

ABŞ senatoru Marko Rubio isə Rusiya ordusunun Polşadakı hava limanına hücum edə biləcəyinə dair xəbərdarlıq edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hərbi yardım göstərən bir sıra ölkələrə, o cümlədən Polşaya hücum əmri verə bilər. 

ABŞ senatoru qeyd edib ki, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi nüvə zərbəsi ehtimalından daha çox narahat edir. 

Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gəlmə ehtimalını təsəvvür etmədiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO