Zelenskaya: “Ərdoğanın diplomatik bacarığı dünyanı qida böhranından xilas etdi”

Zelenskaya: “Ərdoğanın diplomatik bacarığı dünyanı qida böhranından xilas etdi”

Hazırda oxunan: Zelenskaya: “Ərdoğanın diplomatik bacarığı dünyanı qida böhranından xilas etdi”

97012

Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya İstanbuldakı Vahdettin malikanəsində Əminə Ərdoğanla görüşündə deyib ki, Ərdoğanın diplomatik bacarığı dünyanı qida böhranından xilas edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı Türkiyə mətbuatı yayıb.

Taxıl dəhlizi və əsir mübadiləsinin prezident Ərdoğanın güclü liderliyi və diplomatik bacarıqları sayəsində baş verdiyini iddia edən Zelenskaya dünyanı böyük ərzaq böhranından xilas edənin məhz “Taxıl Dəhlizi Müqaviləsi” olduğunu vurğulayıb.

Zelenskaya Ukraynada baş verən son hadisələrdən, eləcə də onun adını daşıyan fondun işindən danışıb.

O, Ukraynaya verdiyi dəstəyə görə prezident Volodimir Zelenskinin təşəkkür məktubunu birinci xanım Ərdoğana təqdim edib.

Türkiyənin 1300 ukraynalı yetim uşağı qəbul etməsindən məmnunluğunu ifadə edən Zelenskaya xüsusi qayğıya ehtiyacı olan daha 200 uşağın Türkiyəyə təxliyəsi üçün kömək istəyib.

Müharibə səbəbiylə sağlamlıq ehtiyaclarının artdığına diqqət çəkən Zelenskaya Əminə Ərdoğandan yeni doğulmuş körpələr üçün təcili yardım və inkubatorların tədarükünə dəstək verməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO