Latviyanın de-yure tanınmasının 100 illiyi: Xarici işlər naziri hədiyyə verəcək

Latviyanın de-yure tanınmasının 100 illiyi: Xarici işlər naziri hədiyyə verəcək

Hazırda oxunan: Latviyanın de-yure tanınmasının 100 illiyi: Xarici işlər naziri hədiyyə verəcək

9697

26 yanvar 2021-ci il tarixində Latviya Respublikasının beynəlxalq səviyyədə tanınmasının yüz illiyi qeyd olunacaq. 100 il əvvəl Böyük Millətlər Cəmiyyəti Latviyanın de-yure tanınmasına qərar verib. 

Beynəlxalq səviyyədə tanınmaq Latviya dövlətinin qurulması üçün çox sərt və mürəkkəb bir prosesin başa çatması ilə nəticələnib. 

Bu haqda Bizim.Media saytına Latviya səfirliyindən məlumat verilib. 

De-jurenin vacibliyini vurğulamaq üçün Latviya Bankı (Latvijas Banka) ölkənin 100 illiyinə həsr olunmuş məhdud sayda 2 avroluq xatirə sikkəsi və Latviyanın poçt xidmətinin (Latvijas Pasts) ildönümünə həsr olunmuş xüsusi marka hazırlayıb.

21 yanvarda videokonfrans formatında xarici işlər naziri Edqars Rinkkeviçs hər iki hədiyyəni simvolik olaraq qəbul edib.

2019-cu ildə  Xarici İşlər Nazirliyi mükafatı yaradılıb və ilk olaraq səfir Aina Naqobads-Abola təqdim edilib.

Yanvarın 26-da Riqa Qalasında Latviya dövlət və hökümətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə de-yure tanınmasının yüz illiyinə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Saat 14.00-dan başlayaraq “LSM” portalında Latviya və ingilis dillərində canlı yayım olacaq. Tədbir zamanı vaxtilə Antanta üzvü olmuş ölkələrinin yüksək vəzifəli şəxslərindən Latviyanın beynəlxalq səviyyədə tanınmasının 100 illiyi münasibətilə video təbriklər nümayiş olunacaq.

Xarici İşlər Nazirliyinin tarixi ildönümünü qeyd etmək üçün hazırladığı və Latviyanın beynəlxalq səviyyədə tanınması hekayəsinə dair videolara baxmaq da mümkün olacaq.

Xarici İşlər Nazirliyi gənclər üçün “21-ci əsrin diplomatı necə olmalıdır” barədə video müsabiqə elan edib. Ən yaxşı videoların müəllifləri Xarici İşlər Naziri ilə onlayn söhbət edəcək və hədiyyələr alacaq.

Yubiley münasibətilə “De-jure 100” adlı broşura nəşr olunub və latış, ingilis və fransız dillərində onlayn satışa təqdim olunacaq.

Bundan əlavə, mətbuata Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan Latviyanın beynəlxalq de-yure tanınma yüzilliyi ilə bağlı əyani materiallar göndəriləcək.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO