İndoneziyada stadionda həlak olanların sayı 174-ə çatdı

İndoneziyada stadionda həlak olanların sayı 174-ə çatdı

Hazırda oxunan: İndoneziyada stadionda həlak olanların sayı 174-ə çatdı

96955

İndoneziyanın Şərqi Yava əyalətində futbol oyunu zamanı baş verən qarşıdurmada ölənlərin sayı 174 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 2-də Şərqi Yava əyalətinin vitse-qubernatoru Emil Dardak məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

İndoneziyada stadionda iğtişaşlar: 127 nəfər həlak oldu - 180 yaralı var - VİDEO


Polisin yaydığı məlumata görə, şənbə günü baş verən və dünya futbol tarixinə ən qanlı hadisə kimi düşəcək hadisə nəticəsində həlak olanların sayı arta bilər.

Şərqi Yava polisinin rəisi Niko Afintanın mətbuat konfransında verdiyi məlumata əsasən, Kancuruhan stadionunda baş verən hadisədə qaydanı qorumağa çalışan iki polis əməkdaşı da həlak olub.

Xəbər verdiyimiz kimi, iğtişaş əyalətin paytaxtı Surabayadan olan “Persebaya” komandasının Malanqanın “Arema” komandası üzərində qələbəsindən sonra başlayıb. “Arema” klubunun qəzəblənmiş azarkeşləri meydana çıxaraq “Persabaya” klubunun üzvlərinə və rəsmilərə hücum ediblər.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi iğtişaşın daha da qızışmasına və sıxlığa səbəb olub. Polis rəisinin bildirdiyinə görə, stadionda olan 40 min azarkeşdən yalnız 3 mini meydançaya çıxaraq qarışıqlıq yaradıb.

İndoneziya Prezidenti Ciko Vidodo Milli Polis İdarəsinə, Gənclər və İdman Nazirliyinə və İndoneziya Futbol Assosiasiyasına oyunlar zamanı təhlükəsizliklə bağlı prosedurların araşdırılması barədə göstəriş verib.

Ölkə başçısı, həmçinin hadisənin araşdırılması və vəziyyət sabitləşənədək futbol liqasının oyunlarının dayandırılması barədə tapşırıq verib.

“Baş verən faciə ilə əlaqədar çox təəssüfləndiyimi bildirirəm və ümid edirəm ki, bu, ölkəmizin futbol tarixində sonuncu faciə olacaq. Belə faciənin gələcəkdə bir daha təkrarlanmasına yol vermək olmaz”, - deyə C.Vidodo vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə İndoneziya 20 yaşadək gənclər üzrə Dünya çempionatına ev sahibliyi edəcək. Həmçinin bu ölkə Avstraliya, Qətər və Cənubi Koreya ilə birlikdə Asiya kubokuna ev sahibliyi etmək iddiasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO