Ərdoğan Şuşa Bəyannaməsini Ermənistana xatırlatdı: “Can Azərbaycana olan dəstəyimiz...”

Ərdoğan Şuşa Bəyannaməsini Ermənistana xatırlatdı: “Can Azərbaycana olan dəstəyimiz...”

Hazırda oxunan: Ərdoğan Şuşa Bəyannaməsini Ermənistana xatırlatdı: “Can Azərbaycana olan dəstəyimiz...”

96921

“Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə davamlı sülh üçün ümid işığı yanıb. Can Azərbaycana olan dəstəyimiz Şuşa Bəyannaməsi ilə olduqca dəyərli və davamlıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin başlanması münasibətilə parlamentin iclasındakı çıxışında ifadə edib.

Türkiyənin yaranan yeni vəziyyətin bölgədə davamlı sülh və sabitlik üçün üzərinə düşənləri yerinə yetirdiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib ki, təyin edilən xüsusi nümayəndələr vasitəsilə Ermənistanla əlaqələri yeni səviyyəyə yüksəltmək iradəsini ortaya qoymuşuq. Ermənistan sülh fürsətlərində üzərində düşənləri düzgün dəyərləndirməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Paşinyanın görüşmək istəyinə uyğun olaraq onların Praqada görüşməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO