İranda etirazlarda daha bir gənc qız ÖLDÜRÜLÜB - FOTO

İranda etirazlarda daha bir gənc qız ÖLDÜRÜLÜB - FOTO

Hazırda oxunan: İranda etirazlarda daha bir gənc qız ÖLDÜRÜLÜB - FOTO

96808

İranda gənc etirazçı qız hökumət qüvvələri tərəfindən öldürülüb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İranda öldürülən daha bir gənc qızın kimliyi məlum olub. 

O, xüsusi təyinatlı qüvvələrin başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib. 

Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Xüsusi təyinatlı qüvvələrin dəyənək zərbələri nəticəsində qətlə yetirilən şəxsin Sarina İsmayılzadə adlı yeniyetmə qız olduğu bildirilir.  
16 yaşlı Sarinanın aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO