Ukrayna de-fakto NATO-nun üzvüdür, bir qalıb de-yure rəsmiləşdirilmə. Bu da üzvlük üçün fəaliyyət planı olmadan həyata keçirilməlidir.
Bizim.Media-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Ukrayna mətbuatı üçün açıqlamasında bildirib.
“Növbəti addım Alyansın bütün üzvlərinin Ukraynanın üzvlük üçün müraciətini ratifikasiya etməsidir.
Lakin hələlik konsensus əldə edilməyib... Ancaq Stoltenberqlə təmasda olan şəxs kimi deyə bilərəm ki, Baş katib Ukraynanın NATO-ya üzv olacağını düşünür. Lakin o, yalnız konsensus əldə edildikdən sonra bu məsələ üzərində işləyə bilər” – deyə diplomat bildirib.
“İndi biz sadə şəkildə deyirik: Ukrayna de-fakto NATO-nun üzvüdür, bir qalıb de-yure rəsmiləşdirilmə. Bu da mümkün qədər tez və üzvlük üçün fəaliyyət planı olmadan həyata keçirilməlidir” – deyə Kuleba vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:34 / 01.10.2022
"Ukrayna de-fakto NATO-nun üzvüdür" - KULEBA
Hazırda oxunan: "Ukrayna de-fakto NATO-nun üzvüdür" - KULEBA
Hazırda oxunan: "Ukrayna de-fakto NATO-nun üzvüdür" - KULEBA
96786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.