"Rusiyanın Ukraynada keçirdiyi “referendumları” tanımırıq" - Avropa İttifaqı

Hazırda oxunan: "Rusiyanın Ukraynada keçirdiyi “referendumları” tanımırıq" - Avropa İttifaqı

96725

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumları” və qanunsuz ilhaqı tanımır.

Bizim.Media xəbər verir ki, bu barədə ittifaqın bəyanatında bildirilib.

“Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik.

Qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqla və Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş əsas prinsiplərini açıq-aşkar pozmaqla, Rusiya qlobal təhlükəsizliyi riskə atır”, - Aİ-nin bəyanatında vurğulanıb.

Bildirilib ki, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO