Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirib

Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirib

Hazırda oxunan: Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirib

96630

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib. 

“Vaşinqtona səfərim çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlərim oldu”, - Qriqoryan deyib. 

O, görüşlə bağlı detalları açıqlamayıb. 

Bundan əvvəl Qriqoryan Pentaqonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO