ABŞ-ın altı ştatı Baydeni məhkəməyə verdi

ABŞ-ın altı ştatı Baydeni məhkəməyə verdi

Hazırda oxunan: ABŞ-ın altı ştatı Baydeni məhkəməyə verdi

96624

ABŞ-ın altı ştatı bəzi amerikalıların tələbə borclarını silmək qərarına görə prezident Co Baydenə, həmçinin Təhsil Departamenti və onun rəhbəri Migel Kardona qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırıb. 

Bizim.Media lenta.ru-ya istinadən xəbər verir ki, kollektiv məhkəmə iddiası Ayova, Kanzas, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırılıb. 

“Heç bir qanunvericilik Prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə icazə vermir”, - iddiada bildirilib.

Arkanzas ştatının baş prokuroru Lesli Rutlec aydınlaşdırıb ki, qanunla Təhsil Departamenti balansda olan borcları toplamalıdır və dövlət başçısının bunu heç bir şəkildə ləğv etmək səlahiyyəti yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO