Yunanıstanda keçirilən təcili parlament seçkilərində qalib gələn SİRİZA-nın lideri Aleksis Tsipras yerli vaxt ilə axşam saat 20:00-da prezident iqamətgahında baş nazir kimi and içəcək, İTAR-TASS bildirib.
Dövlət telekanalı “ERT”x9din verdiyi məlumata görə, bu barədə Tsipras jurnalistlər ilə görüşdə bildirib.
Moderator.az xəbər verir ki, Tsipras həmçinin Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə görüşəcək, prezident ona “Müstəqil yunanlar”x9d (ANEL) partiyası ilə koalisiya hökumətinin yaradılması üçün mandat təqdim edəcək.
Görüşün vaxtı barədə hələlik heç bir məlumat verilməyib.
Nazirlər kabinetinin tərkibi hələlik açıqlanmır.
Yeni hökumətin andiçmə mərasimi çərşənbə günü baş tutacaq, telekanal qeyd edib.
***
Aleksis Tsiprasın Radikal sol qüvvələr koalisiyası (SİRİZA) bazar günü təcili keçirilən parlament seçkilərində 35,47% səs toplayaraq qalib gəlib.
Moderator.azTASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi təqdim edilən bülletenlərin 98,25%-i hesablandıqdan sonra seçkiləri keçirən Yunanıstan Daxili İşlər Nazirliyi elan edib.
Beləliklə, SİRİZA parlamentdə 145 yer alıb (bura qalibə bonus kimi verilən 50 yer də daxildir).
Onun əsas rəqibi sağ mərkəzi “Yeni demokratiya”x9d partiyası isə 28,09% səs (75 yer) qazanıb.
Üçüncü yeri 6,99% səs ilə (18 yer) “Hrisi Avqi”x9d (“Qızıl üfüq”x9d) tutub. Sağ koalisiya bloku PASOK “Demokratik sollar”x9d (DİMAR) 6,28% (17 yer), Yunanıstan kommunist partiyası ”“ 5,55% (15 yer), “Potami”x9d (“Çay”x9d) 4,09% (11 yer) qazanıb. “Müstəqil yunanlar”x9d (ANEL) 3,69% səs yığaraq 10 yer əldə ediblər.
20 sentyabr
Yunanıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.
Moderator.az “RİA Novosti”x9dyə istinadla xəbər verir ki, seçkilər səhər saat 7-dən keçirilib.
Müşahidəçilərin fikrinə görə, seçicilərin iştirak göstəricisi aşağı olub və 60%-dən çox olmayacaq.
“Exit-poll”x9da əsasən, sol radikal SİRİZA partiyası 30-32% səs çoxluğu ilə liderdir, sağ mərkəzçi “Yeni Demokratiya”x9d partiyası 28-29.5% səs toplayıb.
***
Bu gün səhər saat 07:00-da Yunanıstanda növbədənkənar parlament seçkiləri başlayıb.
Moderator.az xəbər verir ki, səsvermə saat 19.00-dək davam edəcək.
Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, seçici siyahılarında 9 milyon 873 nəfərin adı var.
Konstitusiyaya görə, səsvermədə iştirak etmək vətəndaş üçün məcburi sayılır.
Seçkilərdə əsas rəqiblər başda sabiq baş nazir Aleksis Tsipras olmaqla radikal solçuların koalisiyası SİRİZA və “Yeni demokratlar”x9d partiyasıdır.





































































































