Rusiyanın Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan humanitar avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.
Qeyd olunub ki, 50 nəfər yaralanıb.
09.44
Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərinə “İsgəndər” raketləri ilə zərbə endirməsi nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.
Bizim.Media "24tv.ua”ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko bildirib.
Onun sözlərinə görə, hadisə zamanı 52 sərnişin avtobusu yanıb.
Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.
V.Rezniçenko qeyd edib ki, Rusiya hərbçilərinin həmçinin şəhərin Nikopolsk rayonunu “Qrad” və ağır artilleriyadan atəşə tutması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:29 / 30.09.2022
Rusiyanın Ukraynada avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
Hazırda oxunan: Rusiyanın Ukraynada avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
Hazırda oxunan: Rusiyanın Ukraynada avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
96605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.