Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək

Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək

Hazırda oxunan: Almaniyalı nümayəndə heyəti Tayvana səfər edəcək

96585

Müxtəlif siyasi partiyaları təmsil edən yeddi almaniyalı deputatdan ibarət nümayəndə heyəti oktyabrın 2-dən 6-dək Tayvanın paytaxtı Taybeydə səfərdə olacaq. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nümayəndə heyətinə Tayvanla əlaqələri kurasiya edən parlament qrupunun sədri Klaus-Piter Vilş başçılıq edəcək.

O,  həmkarları ilə birgə ada administrasiyasının rəhbəri Tsay İnven, onun müavini Uilyam Lay, xarici işlər naziri Cozef Vu, parlamentin sədri Yu Sikun ilə görüşəcək, eləcə də yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə etmək üçün elmi parka baş çəkəcək. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Tayvan ətrafında gərginlik kəskin şəkildə artıb. Səfərin başa çatmasından bir gün sonra Çin Xalq Azadlıq Ordusu Tayvan sularının altı hissəsində raket atışları ilə irimiqyaslı hərbi manevrlərə başlayıb.  
Bundan sonra daha bir neçə xarici nümayəndə heyəti, o cümlədən yaponiyalı qanunvericiləri və fransalı senatorlar adaya səfər edib. Çin belə səfərləri təxribat və ölkənin daxili işlərinə müdaxilə hesab edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO