“Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO 

“Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO 

Hazırda oxunan: “Amerikanın əsas hədəfi Avropanı Rusiyanın enerji resurslarından məhrum etməkdir”-Mariya Zaxarova - VİDEO 

96575

“Sentyabrın 27-də “Şimal axını” qaz kəmərinin üç xəttində qəza baş verib. Bununla bağlı absurd “fikirlər” yaranmağa başladı ki, qəzanı Rusiyanın özü edib”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova keçirdiyi brifiqdə bildirib.

Zaxarova  Avropanın bu hadisənin arxasında “əsas müttəfiqlərinin” olduğunu qəbul etmədiyini, ancaq nə vaxtsa Brüsselin bütün qitə ölkələrinə törətdiyi əmələ görə cavab verməli olacağını qeyd edib. 
XİN rəsmisi həmçinin  bildirib ki, “Şimal axını 2” layihəsinin həyata keçirilməsinin əvvəlindən onun həm Rusiyadan, həm də üçüncü ölkələrdən olan bütün iştirakçıları Vaşinqtonun görünməmiş təzyiqinə məruz qalıblar. 

“Baş verənlərin səbəblərinin aydınlaşdırılmasında Amerika tərəfinin prezident Baydenin bəyanatları ilə bağlı izahatları mühüm rol oynaya bilər. 

Belə ki, qaz kəmərlərinin istismardan çıxarılması ABŞ-a Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükünü artırmağa imkan verəcək. Çünki, Amerika tərəfi  Avropanı Rusiyanın enerji resurslarından “qoparmaq”ğa can atdığını heç zaman gizlətməyib”,-deyə XİN sözçüsü bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO