Dünyada ilk olaraq Fransada xəstəyə iki qol və bir çiyin transplantasiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.
Elektrik ustası vəzifəsində çalışan Feliks Gretarsson adlı şəxs 23 il əvvəl, 1998-ci ilin yanvarında iş yerində baş verən bədbəxt hadisə nəticəsində hər iki əlini itirir.
O, çox sayda sınıq və daxili zədələr aldığına görə, 3 ay komada qalır. Komada olduğu zaman onun hər iki qolu amputasiya edilir. Qaraciyər transplantasiyası da daxil olmaqla bir neçə başqa əməliyyat keçirir.
Bir gün Fransız cərrah Reykyavikə gəlir və Gretarsson kömək üçün ona müraciət etmək qərarına gəlir.
Onun üçün müvafiq donor axtarılıb və buna illərlə vaxt gedib. Hazırda pasientin 48 yaşı var və əməliyyat bu ayın əvvəlində Fransanın Lyon şəhərində baş tutub.
Həkimlər hələ yeni qolların və çiyinlərin hərəkətliliyini proqnozlaşdıra bilmirlər, ancaq sağ əlin soldan daha yaxşı işləyəcəyinə inanırlar.
Həyat yoldaşı Silvia ərinin qollarını bərpa etmək əməliyyatının ən böyük arzusu olduğunu söyləyib.
Vüsalə Balayeva, Bizim.Media