Uitni Hyustonun qızının ölümündə günahkar bilinən Nik Qordonun evindən meyiti tapıldı

Uitni Hyustonun qızının ölümündə günahkar bilinən Nik Qordonun evindən meyiti tapıldı

Hazırda oxunan: Uitni Hyustonun qızının ölümündə günahkar bilinən Nik Qordonun evindən meyiti tapıldı

96524

30 yaşlı Nik Qordon həddindən artıq yüksək dozada narkotik qəbulundan evində ölü tapılıb.

Sfera.az xəbər verir ki, bir neçə il öncə isə Qordon Uitni Hyustonun qızı Bobbi Kristina Braunun qətlində təqsirli bilinib.

Uitninin faciəli şəkildə ölümündən cəmi bir neçə il sonra onun 22 yaşlı qızının cəsədi vanna otağında tapılıb. Məhkəmə-tibbi ekspertizanın çıxardığı nəticəyə əsasən, Bobbinin ölümünə səbəb qadağan olunan narkotik vasitənin dozadan artıq qəbul etməsi olub.

Bobbinin müəmmalı ölümündə əsas şahid Qordon olub. İstintaqçıların verdiyi məlumata görə, Nikin özü də vanna otağında şprislə tapılıb.(oxu.az)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO