Dərbənddə bütün kişilər təcili olaraq çağırış komissiyasına çağırılır

Dərbənddə bütün kişilər təcili olaraq çağırış komissiyasına çağırılır

Hazırda oxunan: Dərbənddə bütün kişilər təcili olaraq çağırış komissiyasına çağırılır

96517

Dağıstanın Dərbənd şəhərində bütün yerli kişi sakinlərdən pasport və hərbi biletlə təcili olaraq hərbi komissarlığa gəlmək tələb olunur. 

Bizim.Media “Kavkaz.Realii”yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin avtomobili şəhərin küçələrində hərəkət edərək dinamika ilə müvafiq müraciəti yayıb.

“Hərbi biletiniz varsa, komissarlığa gəlmək lazımdır. Bizə lazım olsa, saxlayacağıq, lazım olmasa buraxacağıq”, - Dərbənd Rayonlararası Komissarlığının növbətçisi nəşrə bildirib.
Sentyabrın 21-də səfərbərlik elan edildikdən sonra on minlərlə, bəzi məlumatlara görə isə daha çox rus xaricə qaçıb. Əsasən ölkədən səfərbərliyə düşən gənclər gedir.

Mahaçqalada sentyabrın 25 və 26-da səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Sentyabrın 25-də 120-yə yaxın adam saxlanılıb. Onlardan 8-i barəsində cinayət işi başlanıb, ertəsi gün azı 28-i azyaşlı olmaqla 110-a yaxın şəxs polis şöbələrinə gətirilib. 30-dan çox şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO