Məşhur repçi Kulio vəfat edib

Məşhur repçi Kulio vəfat edib

Hazırda oxunan: Məşhur repçi Kulio vəfat edib

96385

Dünya şöhrətli amerikalı repçi Kulio (Coolio) vəfat edib.

Bizim.Media "CNN"ə istinadən xəbər verir ki, 59 yaşlı musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb. Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, ulduz “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO