Hər il 62 milyard dollarlıq telefon zibilliyə atılır

Hər il 62 milyard dollarlıq telefon zibilliyə atılır

Hazırda oxunan: Hər il 62 milyard dollarlıq telefon zibilliyə atılır

9636

Statistikaya əsasə,  hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla dollar itki ilə yanaş ətraf mühitə ciddi şəkildə zərər vuran zəhərli tullantılar deməkdir.

Bizim.Media Avropa mətbuatına istinadən xəbər verir ki, təkcə Böyük Britaniyada zibilliyə atılmış smartfonların sayı 9 milyard dollardan çox gəlirin itirilməsi deməkdir.

Bununla belə istifadəçilərin əksəriyyəti öz cihazlarını emal etmək əvəzinə onları birbaşa zibilliyə atırlar. Təkcə İngiltərədə 4.7 milyon insan məhz bu cür edir.

Bu məsələdə qənaətçil olan şəxslər isə istifadə olunmayan cihazları sadəcə olaraq evlərində saxlayırlar.

Maraqlısı ondadır ki, köhnə smartfonların dəyişdirilməsi üzrə fəaliyyət göstərən xidmətlər köhnə smartfonlar üzərindən vəsait qazanmağa çalışan insanların sorğularını qane etmirlər.

Məsələn, yeni smartfon alışında köhnə cihazını vermiş alıcıların 25%-i yetəri qədər vəsait əldə etmədiklərini düşünərək özünü aldadılmış hesab edir. Bir şey məlumdur ki, bu mövzu üzrə qurulmuş sistem düzgün çalışmır.

Belə ki, hər il zibillyə atılmış çoxlu sayda elektron cihazla birlikdə 62.5 milyard dollar da itir.

Onlardan yalnız 18%-i bu və ya digər üsul ilə emal edilir. Mütəxəssislərin sözlərinə əsasən, bu problemi bir neçə yol ilə həll etmək olar.

Məsələn, bir sıra ölkələrdə bərpa edilmiş telefonlar bazarı mövcuddur. Adi emal prosesi də effektivdir. Tədqiqata əsasən, dünya üzrə elektron tullantıların tərkibində olan qızıl miqdarı il ərzində olunan qızılın 11%-ni təşkil edir.

Maraqlısı ondadır ki, yataqlarda tonlarla daşlardan sadəcə 5 qram qızıl əldə olunur. Lakin zibilliyə atılmış tonlarla smartfonlardan 200 qram qızıl əldə etmək olar.

Qızıldan əlavə olaraq bu cür tullantılardan 100 kq mis və 3 kq gümüş götürmək mümkündür. Təəssüflər olsun ki, bütün bunların çox hissəsi hələki zibiliiyə göndərilir və zəhərli elektron tullantıların illik miqdarı 100 milyon tona çatır.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO