Baltik dənizindəki təxribatdan sonra “Şimal axını 1” qaz kəmərinin hər iki, “Şimal axını 2”nin bir xətti həmişəlik yararsız hala düşüb. Bu qənaətə Almaniyanın təhlükəsizlik orqanları gəlib.
Bizim.Media xəbər verir ki, informasiyanı “Der Tagesspiegel” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən yazıb.
Nəşrin həmsöhbətləri iddia edirlər ki, zədələnmiş xətlər tez bir zamanda təmir edilməsə, o zaman böyük miqdarda duzlu su boru kəmərlərini sıradan çıxaracaq.
Almaniyada güman edirlər ki, qaz kəməri təxribat nəticəsində dağılıb.
“Der Tagesspiegel”in istinad etdiyi versiyalardan birinə görə, dalğıclar partlayıcı maddələri 70-80 metr dərinliyə yerləşdirə bilərlər.
Qəzet iddia edir ki, boru kəmərlərinə məqsədyönlü hücumlara dair sübutlar artmaqdadır. Bu işdə əsasən Rusiya şübhəli bilinir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:52 / 28.09.2022
“Şimal axını 1” məhv edilib – Almaniyadan rəsmi AÇIQLAMA
Hazırda oxunan: “Şimal axını 1” məhv edilib – Almaniyadan rəsmi AÇIQLAMA
Hazırda oxunan: “Şimal axını 1” məhv edilib – Almaniyadan rəsmi AÇIQLAMA
96323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.