Ukraynadan QADAĞA - Rusiyaya malların ixracı DAYANDIRILDI

Ukraynadan QADAĞA - Rusiyaya malların ixracı DAYANDIRILDI

Hazırda oxunan: Ukraynadan QADAĞA - Rusiyaya malların ixracı DAYANDIRILDI

96133

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO