ABŞ xüsusi təyinatlıları İŞİD-lə mübarizə aparan kürdlərə yardım məqsədi ilə Suriya ərazisinə daxil olub.
Maraqlıdır, Suriya kürdlərinin
İŞİD problemi tam və ya qismən həll olunacağı təqdirdə onlar öz silahlarını PKK
ilə mübarizə aparan Türkiyəyə doğru çevirə bilərmi? İŞİD-ın məhvinin Türkiyəni
kürd silahlılarının yeganə hədəfi halına gətirməsi mümkündürmü?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa ABŞ-ın kürdlərlə
bağlı mühüm planlara malik olduğunu və kürdlərin əlindəki bütün silahların
gec-tez Türkiyəyə çevriləcəyini bildirib:
“ABŞ-ın burada əsas məqsədi kürd separatçılarının gələcəkdə bölgədə
ciddi bir gücə çevrilməsi və Türkiyəyə problemlər yaratmasıdır. İŞİD və başqa
amillər bəhanədir. Ona görə də Türkiyə buna imkan verməmək üçün tədbirlər görməlidir. Kürdlərin
əlində olan silahlar əvvəl-axır Türkiyəyə qarşı yönələcək”x9d.
Seymur
Əliyev






























































































