Kremldən “Şimal axını” ilə bağlı xəbərə REAKSİYA

Kremldən “Şimal axını” ilə bağlı xəbərə REAKSİYA

Hazırda oxunan: Kremldən “Şimal axını” ilə bağlı xəbərə REAKSİYA

96043

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində təzyiqin düşməsi misli görünməmiş bir vəziyyətdir və araşdırma tələb edir. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Tagesspiegel” qəzetinin məqsədyönlü təxribat səbəbindən qaz kəmərlərində təzyiqin azala biləcəyi ilə bağlı məqaləsini şərh edərkən deyib.

O, “Qazprom” və əməliyyat şirkətinin məlumatlarını “narahatedici xəbər” adlandırıb.

“Söhbət Danimarka zonasında boruda bəzi dağıntılardan gedir. Deyilənə görə təzyiq xeyli aşağı düşüb. Bu, təhqiqat tələb edən bir vəziyyətdir”, - deyən Peskov Kremlin “xəbərlərdən narahat olduğunu” vurğulayıb.

O, “Tagesspiegel” qəzetində yayımlanan məqaləyə də münasibət bildirib.

Peskov qeyd edib ki, “tədqiqatın nəticələri ortaya çıxana qədər hansısa variantı istisna etmək mümkün deyil”.
Baltik dənizinin dibi ilə Avropaya qaz nəqlinin hər iki marşrutu sıradan çıxıb. Birincisi, “Şimal axını 2”də qəza baş verib, burada qaz kəmərlərinin xətlərindən birinin təzyiqi kəskin şəkildə aşağı düşüb. Hazırda sızmanın səbəbi araşdırılır. Daha sonra hər iki “Şimal axını” xəttində təzyiq azalıb. Təzyiqin düşmə səbəbi hələ də məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO